您的浏览器禁用了JavaScript(一种计算机语言,用以实现您与网页的交互),请解除该禁用,或者联系我们。[经济合作与发展组织]:2024年 - 发现报告

2024年

2024年

İƏİT‑nin “Dövlətmüəssisələrində Korporativİdarəetmə” Təlimatları2024 İƏİT-nin Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinə dair Təlimatları İƏİT Şurası tərəfindən 2015-ci il 8 iyultarixində qəbul edilmiş [OECD/LEGAL/0414] və 2024-cü il 3 may tarixində düzəliş edilmiş Dövlət MüəssisələrininKorporativ İdarəetməsinə dair Təlimatlar üzrə İƏİT-nin Tövsiyə sənədinin Əlavəsində təqdim edilir. Tövsiyənin rəsmimətni, eləcə də digər əlaqəli məlumatlarla tanış olmaq üçün İƏİT-nin Hüquqi Sənədlər Toplusuna daxil olmağınız xahişolunur: https://legalinstruments.oecd.org. Bu sənəd, eləcə də ona daxil edilmiş hər hansı məlumat və xəritə hər hansı ərazi üzrə suverenlik statusunu, beynəlxalqsərhədlərin delimitasiyasını və hər hansı ərazi, şəhər və ya bölgə adını təhrif etmək niyyətini daşımır. ISBN 978-92-64-92277-8 (Çap)ISBN 978-92-64-88520-2 (PDF)ISBN 978-92-64-51058-6 (HTML)ISBN 978-92-64-70122-9 (epub) Fotoşəkil istinadları:Qapaq © Together Creative. OECD-nin nəşrlərinə düzəlişlər aşağıdakı ünvanda tapıla bilər: https://www.oecd.org/en/publications/support/corrigenda.html.© 2024 İƏİT/Bu Azərbaycan nəşri üçün Konsis Attribution 4.0 International (CC BY 4.0)Bu əsər Creative Commons Attribution 4.0 Beynəlxalq lisenziyası əsasında hazırlanıb. Bu əsərdən istifadə etməklə siz bu lisenziyanın şərtlərinə əməl etməyi üzərinizə götürürsünüz(https://creativecommons.org/licenses/by/4.0/).Müəlliflik hüququ– əsərə istinad etməlisiniz.Tərcümələr– orijinal əsərə istinad etməli, orijinalda dəyişiklikləri müəyyən etməli və aşağıdakı mətni əlavə etməlisiniz:Orijinal əsərlə tərcümə arasında hər hansı uyğunsuzluqolarsa, yalnız orijinal əsərin mətni etibarlı hesab edilməlidir.Adaptasiyalar– orijinal əsərə istinad etməli və aşağıdakı mətni əlavə etməlisiniz:Bu, İƏİT tərəfindən orijinal işin adaptasiyasıdır. Bu adaptasiyada ifadə edilən fikirlər və irəli sürülənarqumentlər İƏİT-nin və ya onun Üzv ölkələrinin rəsmi fikirlərini əks etdirən məlumat kimi təqdim edilməməlidir.Üçüncü şəxs materialı– lisenziya əsərdəki üçüncü şəxs materialına tətbiq edilmir. Bu cür materialdan istifadə etsəniz, üçüncü şəxsdən icazənin alınmasına və hər hansı pozuntusəbəbindən yaranan iddialara görə məsuliyyət daşıyırsınız.Siz birmənalı şəkildə icazə olmadan İƏİT loqotipindən, vizual identiklikdən və ya üz qabığı təsvirindən istifadə etməməli habelə İƏİT-nin əsərdən istifadənizi təsdiqləməsini təklifetməməlisiniz.Bu lisenziya əsasında yaranan hər hansı mübahisə Daimi Arbitraj Məhkəməsinin (DAM) 2012-ci il tarixli Arbitraj Qaydalarına uyğun olaraq arbitraj məhkəməsində baxılır. Arbitrajməhkəməsinin keçirildiyi yer Paris (Fransa) şəhəridir. Arbitrlərin sayı birdir. Müqəddimə İƏİT-nin "Dövlət müəssisələrindəKorporativ İdarəetmə"Təlimatları(bundan sonra-“DMTəlimatları”)direktiv orqanların Dövlət müəssisələri üçün effektiv mülkiyyət vəkorporativ idarəetməçərçivələrini tərtibetməsi üzrəaparıcı beynəlxalq standartdır.G20/İƏİT Korporativ İdarəetməPrinsiplərinəəlavəolaraq, onlardövlət sektorunda şəffaflıq, hesabatlılıq, dürüstlük vəsəmərəliliyin gücləndirilməsi baxımından dövlətmülkiyyətinin üzləşdiyi unikal çağırışları vəimkanları nəzərdən keçirmək məqsədi daşıyır. Onlar rəqabətigücləndirmək, mülkiyyət təcrübələrini peşəkarlaşdırmaq vədövlət müəssisəsinin fəaliyyət göstəriciləriniyüksəltmək üçün institusional, hüquqi vətənzimləyici bazalarında islahatların aparılmasında ölkələr üçüntəməl daşına çevriliblər. DMTəlimatlarının2024-cü ildəyenidən nəzərdən keçirilməsi təxminən 20 illik icra təcrübəsinəəsaslanırvəən son İƏİT standartlarını vəqabaqcıl təcrübələriəks etdirməkləonların iddialılığını vəaktuallığınıartıracaq. Bazarda dövlət müəssisələrinin artan rolu fonunda yenidən nəzərdəkeçirilmişDMTəlimatlarıDövlət müəssisələri vəözəl müəssisələr arasında bərabər səviyyədərəqabəti bundan sonra da təminetmək məqsədi daşıyır. DM-nin sağlam idarəçiliyini təmin etmək üçün yenidən nəzərdən keçirilmişDMTəlimatlarında dövlətin fəal, məlumatlı vəpeşəkar mülkiyyətçi kimi fəaliyyət göstərməsinin zəruriliyivurğulanır. Buraya DM-lərdən, xüsusən dəictimai siyasətin məqsədləri iləbağlı motivlərin vəgözləntilərindəqiq müəyyənləşdirilməsi daxildir. Yenidən nəzərdən keçirilmişDM Təlimatlarıhəmçinin idarəetməorqanlarından öz funksiyalarını yerinəyetirməküçün lazımi səlahiyyət, dürüstlük vəobyektivliyəmalikolmağı, həmçinin səhmdarlara vəmaraqlı tərəflərəmünasibətdəyüksək şəffaflıq, məlumatların açıqlanmasıvəhesabatlılıq standartlarına riayət etməyi tələb edir. Yenidən nəzərdən keçirilmədövlət müəssisələrinin vəonların mülkiyyətçilərinin dayanıqlılıq üzrənümunəgöstərməkdəoynaya biləcəkləri rolu tanıyır. Bura DM mülkiyyətçiləri üçün dayanıqlılıq mülahizələrininmülkiyyət siyasətlərinəinteqrasiyası, DM-lər üçün isədayanıqlılıq vəuzunmüddətli dəyər yaradılmasınıtəmin etmək üçün risk menecment vəməsuliyyətli biznes davranışından istifadəetməkləiddialı vəkonkretdayanıqlılıq məqsədlərinin müəyyən edilməsi daxildir. DMTəlimatlarıhökumətlər üçün dövlət sektorunda şəffaf, hesabatlı vədayanıqlı idarə